Vergi Ödəyicilərinə Xidmət Mərkəzi yeni ünvanda fəaliyyət göstərəcək

Vergi Ödəyicilərinə Xidmət Mərkəzi yeni ünvanda fəaliyyət göstərəcək
# 22 fevral 2019 17:19 (UTC +04:00)

Vergilər Nazirliyinin Vergi Ödəyicilərinə Xidmət Mərkəzi yeni ünvana köçür.

Nazirlikdən ONA-ya verilən məlumata görə, fevralın 25-dən Vergilər Nazirliyinin Bakı şəhəri, Nəsimi rayonu, Mirəli Qaşqay küçəsi, 56 ünvanında yerləşən Vergi Ödəyicilərinə Xidmət Mərkəzi başqa ünvanda fəaliyyət göstərəcək.

Xidmət mərkəzi Bakı şəhəri, Nərimanov rayonu, Ağa Nemətulla küçəsi, ev 44 ünvanına ("Nəriman Nərimanov" metro stansiyasının yanı) köçüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR