"Pakistan Milli Bankı Bakı filialı" öhdəliklərini artırıb

"Pakistan Milli Bankı Bakı filialı" öhdəliklərini artırıb
# 16 aprel 2018 15:44 (UTC +04:00)

2018-ci ilin I rübündə "Pakistan Milli Bankı Bakı filialı"nın aktivlərinin həcmi 11,111 mln. manat təşkil edib ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 1,32% azdır.

Bankdan "APA-Economics"ə verilən məlumata görə, hesabat dövründə bankın kredit portfeli 8,2% azalaraq 1,704 mln. manat olub.

Bu il bankın depozit portfeli 609,90 min manat təşkil edib ki, bu, ötən ilin eyni göstəricisi ilə müqayisədə 2,8% çoxdur. Əhalinin əmanətləri isə 131,09 min manata bərabər olub ki, bu da illik müqayisədə 64,4% azalma deməkdir. Ümumilikdə, bankın öhdəlikləri hesaba dövründə 2,29% artaraq 888,06 min manata bərabər olub.

Bir il ərzində bankın nizamnamə kapitalı dəyişməyərək 9 mln. 420 min manat təşkil edib. Bundan fərqli olaraq, bankın məcmu kapitalı ilin əvvəli ilə müqayisədə 0,16% artaraq 10 mln. 171,4 min manat olub.

Hesabat dövründə bankın gəlirləri 214,840 min manata, xərclər isə 206,530 min manata bərabər olub.

Bank I rübü 13,01 min manat xalis mənfəətlə başa vurub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR