ABB sığortaçı şirkət seçir

ABB sığortaçı şirkət seçir
# 08 noyabr 2017 06:19 (UTC +04:00)

“Azərbaycan Beynəlxalq Bankı” ASC daşınmaz əmlakının icbari sığortası və daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası xidmətlərinin satınalınması məqsədilə açıq tender elan edib.

Bankdan “APA-Economics”ə verilən məlumata görə, bankın istifadəsində olan nəqliyyat vasitələrinin icbari və könüllü sığortası xidmətlərinin satınalınması üçün də tender keçiriləcək.

Tender iştirakçıları təkliflərini möhürlənmiş, imzalanmış şəkildə ikiqat zərflərdə yazılı surətdə təqdim etməlidir. Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar. Tenderdə iştirak haqqı hər bir lot üçün 100 manatdır. İştirak haqqı heç bir halda geri qaytarılmır. İştirakçılar Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu Bakı şəhəri, Nəsimi rayonu, Nizami küçəsi, 67 nömrəli ünvandan (əlaqələndirici şəxs: Emin İbrahimovdan, telefon: 012 4930091, daxili 2700, 2703, elektron poçt ünvanı: [email protected]) ala bilərlər.

Tenderdə iştirak üçün müvafiq sənədlər 22 noyabr 2017-ci il saat 17:00-a qədər, tender təklifi və bank təminatını isə möhürlənmiş ikiqat zərflərdə 28 noyabr 2017-ci il saat 17:00-a qədər Bakı şəhəri, Nəsimi rayonu, Nizami küçəsi, 67 nömrəli ünvana təqdim etməlidirlər. Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaq. İddiaçıların təklifləri 29 noyabr 2017-ci il saat 11:00-da Bakı şəhəri, Nəsimi rayonu, Nizami küçəsi, 67 nömrəli ünvanında açılacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR