“Gəncə Avtomobil Zavodu”nun əməkdaşları təltif edilib

“Gəncə Avtomobil Zavodu”nun əməkdaşları təltif edilib
# 03 aprel 2018 16:33 (UTC +04:00)

Prezident İlham Əliyev “Gəncə Avtomobil Zavodu” İstehsalat Birliyinin əməkdaşlarının “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında
sərəncam imzalayıb.

APA-nın xəbərinə görə, Azərbaycan Respublikasında avtomobil sənayesinin inkişafında uzunmüddətli səmərəli fəaliyyətləri ilə əlaqədar “Gəncə Avtomobil Zavodu” İstehsalat Birliyinin aşağıdakı əməkdaşları “Tərəqqi” medalı ilə təltif ediliblər:

İsgəndərov Hümbət Rafiq oğlu

Qasımov Etibar Vilayət oğlu

Məmmədov Füzuli Ziyad oğlu

Səfərov Bəhlul Novruz oğlu.

Azərbaycan Respublikasında avtomobil sənayesinin inkişafında xidmətlərinə görə isə Kamran Qılman oğlu Nəzərova “Əməkdar mühəndis” fəxri adı verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR