Mustafa Dənizli xəstəxanaya yerləşdirilib

Mustafa Dənizli xəstəxanaya yerləşdirilib
# 05 mart 2019 01:50 (UTC +04:00)

Türkiyənin “Kasımpaşa” klubunun baş məşqçisi Mustafa Dənizli xəstəxanaya yerləşdirilib. ONA-nın məlumatına görə, 70 yaşlı mütəxəssis XXIV turun “Trabzonspor”la oyununun fasiləsində özünü pis hiss etməyə başlayıb.
Komandasının fasiləyədək iki cavabsız qol buraxması da baş məşqçinin durumuna müəyyən təsir edib. Bu səbəbdən də Dənizli ikinci hissəyə çıxa bilməyib.
“Kasımpaşa”ya fasilədən sonra mütəxəssisin köməkçisi Sarp Yigit rəhbərlik edib. Dənizlinin yoxluğunda iki qol vuran komandası ev oyununda məğlubiyyətdən xilas olub. Təcrübəli mütəxəssisin durumuna isə yerləşdirildiyi xəstəxanada zəruri müayinəni keçdikdən sonra aydınlıq gələcək.
Qeyd edək ki, məşqçi karyerası ərzində Türkiyə millisi, İstanbul nəhəngləri “Qalatasaray”, “Beşiktaş”, “Fənərbaxça”nı çalışdırmış Dənizli Almaniya, İran və Azərbaycanda da fəaliyyət göstərib. O, 2013/14 mövsümündə “Xəzər Lənkəran”ın baş məşqçisi olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR