Müdafiə Sənayesi Nazirliyi Kollegiyasının yeni tərkibi təsdiqlənib

Müdafiə Sənayesi Nazirliyi Kollegiyasının yeni tərkibi təsdiqlənib
# 01 noyabr 2016 10:58 (UTC +04:00)

Nazirlər Kabineti “Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin kollegiyasının tərkibi haqqında” 2007-ci il 5 iyun tarixli qərarında dəyişikliklər edib.

APA-nın məlumatına görə, qərara əsasən Müdafiə Sənayesi Nazirliyi Kollegiyasının üzvləri yeni tərkibdə təsdiqlənib.

Müdafiə sənayesi nazirinin müavinləri Yəhya Musayev və Tofiq Rəfiyev, nazirliyin aparat rəhbəri Üzeyir İsmayılov, nazirlik aparatının müdafiə təyinatlı məmulatların yaradılması şöbəsinin müdiri Məmmədsaleh Əliyev, nazirlik aparatının müdafiə təyinatlı məmulatların istehsalı şöbəsinin müdiri Vəli Fətəliyev, nazirlik aparatının əməyin mühafizəsi, texniki təhlükəsizlik və mülki məmulatlar şöbəsinin müdiri Rasim Tahirov, nazirlik aparatının hərbi-texniki əməkdaşlıq şöbəsinin müdiri Rəmzi Şükürov, nazirliyin Elmi-Tədqiqat İnstitutunun direktoru Novruz Abdullayev, nazirliyin Milli Aerokosmik Agentliyinin baş direktoru Alçın Şirinzadə, nazirliyin “Şərq” İstehsalat Birliyinin baş direktoru İlqar Nəzərov Kollegiyanın üzvü kimi təsdiqləniblər.

Qeyd edək ki, Kollegiyanın sədri müdafiə sənayesi naziri Yavər Camalovdur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR