Rusiya və İran prezidentləri arasında telefon danışığı olub

Rusiya və İran prezidentləri arasında telefon danışığı olub
# 28 noyabr 2016 19:47 (UTC +04:00)

Bu gün Rusiya prezidenti Vladimir Putin və İran prezidenti Həsən Ruhani arasında telefon danışığı olub.

APA-nın xəbərinə görə, bu barədə Kremlin mətbuat xidməti məlumat verib.

Söhbət İran tərəfinin təşəbbüsü ilə baş tutub.

“Tərəflər iki ölkə arasında əməkdaşlığın aktual məsələləri, o cümlədən ticarət və iqtisadi sahədə birgə prioritet layihələri, dünya karbohidrogen bazarlarında addımların əlaqələndirilməsini və Suriya münaqişəsinin nizamlanmasını müzakirə ediblər”, məlumatda deyilir.

İki ölkə lideri həmçinin avqustun 8-də Bakıda imzalanmış müqavilələrin həyata keçirilməsini nəzərdən keçirib.

Xatırladaq ki, Rusiya, İran və Azərbaycan prezidentlərinin üçtərəfli görüşünün sonunda Bakı bəyannaməsi imzalanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR