Tərcümə Mərkəzi Haynrix Böllün kitabını çap edib

Tərcümə Mərkəzi Haynrix Böllün kitabını çap edib
# 21 iyul 2017 11:00 (UTC +04:00)

Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin yeni nəşri – XX əsr Almaniya ədəbiyyatının görkəmli nümayəndəsi, Nobel mükafatı laureatı Haynrix Böllün “Bir təlxəyin düşüncələri” və “…Və bircə kəlmə də demədi” romanları daxil edilmiş “İki roman” kitabı işıq üzü görüb.

Mərkəzdən APA-ya verilən məlumata görə, kitabın redaktoru Mahir N. Qarayev, ön sözün müəllifi filologiya elmləri doktoru Rüstəm Kamaldır.

Əsərləri alman dilindən tanınmış tərcüməçi Vilayət Hacıyev çevirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR