Pompeo İranın xarici işlər nazirinin istefası haqda açıqlamanı şərh edib

Pompeo İranın xarici işlər nazirinin istefası haqda açıqlamanı şərh edib
# 26 fevral 2019 05:42 (UTC +04:00)

ABŞ-ın dövlət katibi Mayk Pompeo Məhəmməd Cavad Zərifin İranın xarici işlər nazirliyi rəhbərliyindən getməsinə münasibət bildirib.

ONA-nın məlumatına görə, bu barədə o, öz "Twitter" səhifəsində yazıb.

“Biz Cavad Zərifin istefasını nəzərə alırıq. Görək, bu nə qədər dəqiqdir”, - deyə o qeyd edib.

“Biz bilirik ki, bütün yekun qərarları İranın ali dini rəhbəri ayətullah Əli Xamneyi verir”, - Pompeo söyləyib.

Xatırladaq ki, bir qədər öncə Zərif istefa verdiyini bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR