Odessada matəm elan olunub

Odessada matəm elan olunub
# 16 sentyabr 2017 12:14 (UTC +04:00)

Ukraynanın Odessa şəhərində uşaq istirahət düşərgəsində baş vermiş faciəvi hadisə ilə əlaqədar matəm elan olunub.

APA-nın xəbərinə görə, bu barədə Ukraynanın Odessa vilayətinin qubernatoru Maksim Stepanov özünün “Facebook” səhifəsində yazıb.

Qeyd edək ki, sentyabrın 16-a keçən gecə “Viktoriya” istirahət düşərgəsində güclü yanğın baş verib. Yanğın zamanı düşərgədə 150 uşaq olub. Yanğına qısa qapanma səbəb olub. Hadisə nəticəsində 3 uşaq ölüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR