ABŞ səfiri Gürcüstanda azərbaycanlıların kompakt yaşadığı bölgənin ölkəsi üçün əhəmiyyətindən danışıb

ABŞ səfiri Gürcüstanda azərbaycanlıların kompakt yaşadığı bölgənin ölkəsi üçün əhəmiyyətindən danışıb
# 24 iyul 2017 10:46 (UTC +04:00)

“ABŞ Gürcüstanın Kvemo Kartli bölgəsinin əhəmiyyətini yüksək qiymətləndirir”.

APA-nın Gürcüstan bürosunun xəbərinə görə, bunu ABŞ-ın Gürcüstandakı səfiri Yan Kelli Marneuli rayonun İcra Hakimiyyətinin başçısı Merab Topçişvili ilə görüşdən sonra deyib.

“Cənubi Qafqazın üç əsas etnik qrupunun nümayəndələrinin yaşadığı bölgənin uğurlu inkişafı ABŞ üçün çox vacibdir. Kvemo Kartli bölgəsində USAID təşkilatı tərəfindən müxtəlif investisiya layihələri həyata keçirilir. Biz həmçinin yerli mediaya müəyyən qrantlar ayırırıq”, - deyə amerikalı diplomat bildirib.

M. Topçişvili isə deyib ki, ABŞ səfiri ilə görüşdə rayonun Gürcüstanın inkişafındakı rolundan, bölgədə gedən sosial-iqtisadi proseslərdən danışılıb: “Əsas müzakirə mövzularından biri də Marneuli rayonunun turizm potensialı olub. Müxtəlif millətlərin nümayəndələrinin yaşadığı Marneuli rayonu turistlər üçün maraqlı ola bilər. Turistlər Marneuliyə və rayonun kəndlərinə səfər edib azərbaycanlı, erməni və gürcü ailələrinin mədəniyyətləri ilə yaxından tanış ola bilərlər”, - deyə o vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR