Bakıda 40, bölgələrdə 42 dərəcə isti olacaq - VİDEO

Bakıda 40, bölgələrdə 42 dərəcə isti olacaq - <span style="color: red;">VİDEO
# 30 iyul 2015 10:00 (UTC +04:00)

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan APA-ya verilən xəbərə görə, cənub-şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 24-27, gündüz 35-38, bəzi yerlərdə 40 dərəcə isti olacaq.

Abşeron çimərliklərində dəniz suyunun temperaturu 28-29 dərəcə isti təşkil edəcək.

Sabah Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 22-27, gündüz 35-40, bəzi yerlərdə 42 dərəcə isti, dağlarda gecə 17-22, gündüz 29-34 dərəcə isti olacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR