ABŞ-ın keçmiş səfiri Maykl Makfolun Rusiyaya girişi yasaqlanıb

ABŞ-ın keçmiş səfiri Maykl Makfolun Rusiyaya girişi yasaqlanıb
# 13 noyabr 2016 17:19 (UTC +04:00)

ABŞ-ın Rusiyadakı keçmiş səfiri Maykl Makfolun Rusiya Federasiyasına girişi yasaqlanıb. APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bu barədə Rusiya Xxarici İşlər Nazirinin xüsusi nümayəndəsi Mariya Zaxarova bildirib. Onun sözlərinə görə, keçmiş səfir Moskva və Vaşinqton münasibətlərinə məqsədyönlü şəkildə vurduğu zərər səbəbindən Rusiya Federasiyasına girişi qadağan olnmuş şəxslərin siyahısı salınıb.

"Makfol həmin adamdır ki, məqsədyönlü şəkildə ikitərəfli münasibətləri pozub. Keşmiş səfirin sanksiya siyahısına salınması cavab tədbiridir",-deyə Rusiya XİN sözçüsü vurğulayıb.

Qeyd edək ki, Maykl Makfol öz "Facebook" səhifəsində bundan sora Rusiyaya girişinin qadağan olunduğu, sanksiya siyahısına salındığını yazıb. Keçmiş səfir rəsmi Moskvanın onun prezident Barak Obamaya yaxın olduğu üçün sanskiya siyahısına saldığını iddia edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR