Moskvanın daha bir aeroportundan Azərbaycana aviareyslər yerinə yetiriləcək

Moskvanın daha bir aeroportundan Azərbaycana aviareyslər yerinə yetiriləcək
# 23 dekabr 2016 06:19 (UTC +04:00)

2017-ci ilin yazından etibarən Rusiyanın paytaxtı Moskvada yerləşən "Jukovski" hava limanından Avropa və Asiyaya aviareyslərin yerinə yetirilməsinə başlanacaq. "APA-Economics" xəbər verir ki, bunu "İzvestiya" qəzetinə müsahibəsində "Ramport" (hava limanının inkişafına cavabdeh olan) şirkətinin baş direktorunun müavini Yevgeni Solodilin bildirib.

Onun sözlərinə görə, ilkin prioritet istiqamətlər kimi Bakı, Tel-Əviv, İstanbul və Antalya şəhərləri götürülüb. "Biz yalnız MDB ölkələrinə deyil, eyni zamanda Avropa və Asiya ölkələrinə də uçmağa başlayacağıq. Tədricən biz uçuş coğrafiyamıza Bakı, Tel-Əviv, İstanbul kimi istiqamətləri əlavə edəcəyik. Aprel-may aylarından etibarən isə Antalyaya aviareyslər yerinə yetiriləcək", - deyə o bildirib.

Y. Solodilin əlavə edib ki, adıçəkilən hava limanından Türkiyəyə uçuşları "Pegasus" aviaşirkəti yerinə yetirəcək. Şirkət İstanbul və Antalyaya həftədə 7 dəfə uçacaq.

Baş direktorun müavini bildirib ki, hazırda Macarıstanın "Wizz Air" şirkəti daxil olmaqla bir sıra xarici daşıyıcılarla danışıqlar aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR