Astanada Azərbaycan və Qazaxıstan prezidentlərinin görüşü keçirilib

Astanada Azərbaycan və Qazaxıstan prezidentlərinin görüşü keçirilib
# 11 sentyabr 2015 12:52 (UTC +04:00)

APA-nın “Kazakhstan Today” agentliyinə istinadən verdiyi xəbərə görə, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının V sammiti çərçivəsində keçirilən görüş zamanı N. Nazarbayev İ. Əliyevə Qazax xanlığının yaranmasının 550 illiyi ilə bağlı keçirilən təntənəli tədbirdə iştirak etdiyi üçün təşəkkür edib.

N. Nazarbayevin sözlərinə görə, qardaş xalqlar olan Azərbaycan və Qazaxıstanı əsrlərdir dostluq münasibətləri birləşdirir.

“Bir-birimizə olan etibarı qarşılıqlı münasibətlərimiz müəyyənləşdirir. Qazaxıstana hər səfəriniz ölkələrimiz arasında əməkdaşlıqda yeni səhifədir. Hazırda dünya iqtisadiyyatı çox da asan olmayan bir dövr yaşayır. Lakin hətta bu şərtlər altında da ölkələrimiz iqtisadi-ticarət sahəsində yeni əməkdaşlıq imkanlarını nəzərdən keçirir”, -deyə Qazaxıstan prezidenti vurğulayıb.

Öz növbəsində Azərbaycan prezidenti qardaş Qazaxıstana səfərindən məmnun olduğunu, habelə ikitərəfli münasibətlərdə qarşılıqlı anlayışın olduğunu vurğulayıb. İ. Əliyev həmçinin qazax xalqını Qazax xanlığının yaranmasının 550 illiyi münasibəti ilə təbrik edib.

“Sizin bu gün təntənəli mərasimdəki çıxışınız, Qazaxıstan keçmiş və indiki inkişafı ilə bağlı təhlilləriniz bir daha göstərir ki, ölkənizin uğurlarında çox dərin milli və tarixi köklər var”, - deyə İ. Əliyev qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR