İtaliya “İnter”inin futbolçusu Azərbaycana qarşı oynayacaq

İtaliya “İnter”inin futbolçusu Azərbaycana qarşı oynayacaq
# 13 mart 2019 09:21 (UTC +04:00)

AVRO-2020-nin seçmə mərhələsində Azərbaycan milli komandasının rəqibi olan Xorvatiya yığmasının futbolçusu Marselo Brozoviçin durumuna aydınlıq gəlib. ONA-nın məlumatına görə, A seriyasının “Spal”la matçında (2:0) əzələsini dartan “İnter”in üzvünün müayinələrinin nəticəsi bəlli olub.

27 yaşlı yarımmüdafiəçinin zədəsinin ciddi olmadığı müəyyənləşib. Həkimlərin rəyinə əsasən Marselo Xorvatiya millisinin AVRO-2020-nin seçmə mərhələsinin qarşıdakı görüşlərinə hazır olacaq.

Brozoviç yalnız klubunun heyətində bir matçı buraxacaq. O, Avropa Liqasının 1/8 final mərhələsinin sabah keçiriləcək “Ayntraxt”la (Almaniya) ev qarşılaşmasında oynaya bilməyəcək.

Qeyd edək ki, balkanlılar martın 21-də evdə Azərbaycan, üç gün sonra səfərdə Macarıstanla görüşəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR