Fransa və Rusiya alpinistləri Azərbaycana gəlib

Fransa və Rusiya alpinistləri Azərbaycana gəlib
# 03 fevral 2017 13:59 (UTC +04:00)

Fransa və Rusiyadan olan peşəkar alpinistlər qrupu Azərbaycanın görməli yerlərinə səyahətə başlayıb. APA-nın şimal bürosunun verdiyi məlumata görə, gəzməyə paytaxt Bakıdan başlayan alpinistlər səyahətləri zamanı yalnız velosiped və xizəkdən istifadə edir. Bu gün Qubaya gələn qonaqlar Xınalıq kəndini gəzəcək və Bazardüzü zirvəsinə qalxacaqlar. Dağlıq ərazidən İsmayıllıya keçəcək alpinistlər daha sonra Şəki, Qəbələ və digər dağlıq rayonları gəzəcəklər.

7 nəfərlik qrup “Qafqaz 2017” layihəsi çərçivəsində Azərbaycanla yanaşı Rusiya və Gürcüstanda da olacaq.

Azərbaycanda 23 gün olacaq alpinistlər Qafqazı gəzdikdən sonra Avropaya qayıdacaqlar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR