Stoltenberq: “NATO Rusiya ilə soyuq müharibə istəmir”

Stoltenberq: “NATO Rusiya ilə soyuq müharibə istəmir”
# 12 aprel 2017 23:51 (UTC +04:00)

Şimali Atlantika Alyansı Rusiya ilə yeni "soyuq müharibə" və yaxud yeni “silah yarışı”nın başlanmasını istəmir.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bunu NATO-nun baş katibi Yens Stoltenberq ABŞ prezidenti Donald Tramp ilə keçirdiyi birgə mətbuat konfransında bəyan edib.

“NATO müdafiə məqsədi ilə Şərq cinahda gücünü artırmalıdır, lakin yeni "soyuq müharibə" və yeni “silah yarışı”na imkan vermək olmaz. Gərginliyin artmaması üçün yeganə yol Rusiyanı siyasi dialoqa cəlb etməkdir”, deyə Y.Stoltenberq vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR