Azərbaycanın bank sektorunun cəmi aktivləri ötən il 11%-ə yaxın artıb

Azərbaycanın bank sektorunun cəmi aktivləri ötən il 11%-ə yaxın artıb
# 07 fevral 2020 13:03 (UTC +04:00)

2019-cu ilin 31 dekabr tarixinə Azərbaycanda fəaliyyət göstərən bankların cəmi aktivləri 32 722,8 mln. manat, cəmi öhdəlikləri isə 28 139,8 mln. manat təşkil edib. Sektorun balans kapitalı 4 583 mln. manat olub.

"APA-Economics"in Azərbaycan Mərkəzi Banka istinadən verdiyi məlumata görə, ötən ilin eyni dövrü ilə müqayisədə cəmi aktivlər 10,9%, cəmi öhdəliklər 10,6%, balans kapitalı isə 12,5% artıb. Kredit portfeli 18% artaraq 14 900,9 mln. manata çatıb.

Bundan əlavə, hesabat dövründə Azərbaycanda bank sektorunun xalis mənfəəti 2 dəfəyə yaxın artaraq 536,9 mln. manat təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR