"TuranBank" ötən ili zərərlə başa vurub

"TuranBank" ötən ili zərərlə başa vurub
# 17 yanvar 2018 07:11 (UTC +04:00)

“TuranBank”ın aktivlərinin həcmi 2017-cı ilin IV rübündə 477,316 mln. manat təşkil edib ki, bu da 2016-cı ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 9,64% azdır.

Bankdan “APA-Economics”ə verilən məlumata görə, hesabat dövründə bankın kredit portfeli 5,56% azalaraq 266,771 mln. manat olub.

Hesabat dövründə depozitlərin həcmi 227,343 mln. manat, öhdəliklərin həcmi 10,8% azalaraq 418,346 mln. manat təşkil edib.

Bir il ərzində bankın məcmu kapitalı 0,17% azalaraq 69,243 mln. manat, nizamnamə kapitalı 10% artaraq 55,003 mln. manat təşkil edib.

Ötən ili “TuranBank” 725 min manat zərərlə başa vurub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR