DSMF nazirliyə birləşəndən sonra işçilərinin sayı ikiqat artıb

DSMF nazirliyə birləşəndən sonra işçilərinin sayı ikiqat artıb
# 01 dekabr 2016 11:41 (UTC +04:00)

"Gələn il Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) digər xərcləri 81,8 milyon manat nəzərdə tutulur".

"APA-Economics"in məlumatına görə, Milli Məclisin Əmək və sosial siyasət, Səhiyyə, Ailə, qadın və uşaq məsələləri, Elm və təhsil, Mədəniyyət komitələrinin birgə iclasında 2017-ci il üzrə Azərbaycanın dövlət büdcəsinin layihəsini müzakirəsi zamanı Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov deyib ki, bu sahədə xərc artımı əsasən Fondun aparatının saxlanılması istiqamətində proqnozlaşdırılıb.

“Belə ki, Fondun aparatının və onun yerli orqanlarının saxlanılması xərclərinin proqnozu 2017-ci il üçün 40 mln. manat və ya hazırkı ilə nisbətən 13 mln. manat çox nəzərdə tutulub. Bu artım Prezident İlham Əliyevin bu ilin martın 18-də verdiyi fərmanla Dövlət Sosial Müdafiə Fondunun Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin strukturuna daxil edilməsi və ölkə başçısının 2016-cı il 24 iyun tarixli fərmanı ilə Dövlət Sosial Təminat Xidmətinin Dövlət Sosial Müdafiə Fonduna birləşdirilməsi nəticəsində aparılmış struktur dəyişikliyi ilə əlaqədar Fondun fəaliyyət sferasının genişlənməsi və işçi heyətinin sayının əhəmiyyətli dərəcədə artması ilə əlaqədardır. Əgər birləşməyə qədər fondun işçilərinin sayı 2700 nəfər idisə, hazırda bu göstərici 4790 nəfər təşkil edir. Gördüyünüz kimi, bu artım işçilərin əmək haqlarının maliyyələşdirilməsinə yönəldiləcək”, - deyə nazir vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR