Azərbaycanda fərdi şəxsi hesabı olan sığortaolunanların sayı 3 milyon nəfəri keçib

Azərbaycanda fərdi şəxsi hesabı olan sığortaolunanların sayı 3 milyon nəfəri keçib
# 11 sentyabr 2015 14:49 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə - APA-Economics. 2015-ci il avqust ayının 1-nə olan statistikaya əsasən, Dövlət Sosial Müdafiə Fondu (DSMF) tərəfindən iyul ayında əlavə olaraq 14 236 sığortaolunana fərdi şəxsi hesab açılıb.

DSMF-dən “APA-Economics”ə verilən xəbərə görə, cari ilin əvvəli ilə müqayisədə fondun fərdi uçot sistemində qeydiyyatda olan sığortaolunanların sayı 4,59% artıb.

Beləliklə də Azərbaycanda fərdi şəxsi hesabı olan sığortaolunanların sayı 3 113 053 nəfərə yüksəlib. Fərdi uçot sistemində qeydiyyatda olan sığortaolunanların 59,1%-i (1 840 548 nəfər) kişi, 40,%-i (1 272 505 nəfər) isə qadındır.

Fərdi şəxsi hesabı olanlar arasında 30-40 yaş aralığında olan sığortaolunanlar üstünlük təşkil edir. Göstərilən yaş kateqoriyalarına aid olan şəxslər ümumi sığortaolunanların 24,89%-ni (774 756 nəfər) əhatə edir. Bundan başqa, fərdi uçot sistemində qeydiyyatda olan sığortaolunanların 21,49%-ni (669 039 nəfər) 30 yaşa kimi olan şəxslər, 20,65%-ni (642 931 nəfər) 40-50 yaş aralığında olan şəxslər, 21,14%-ni (657 921 nəfər) 50-60 yaş aralığında olan şəxslər, 11,83%-ni (368 406 nəfər) 60 yaşdan yuxarı olan şəxslər təşkil edir.

Fərdi uçot-Azərbaycan Respublikası qanunvericiliyinə uyğun əmək pensiyalarının və digər sosial müdafiə hüquqlarının təmin edilməsi üçün hər bir sığortaolunan haqqında məlumatların uçotunun təşkili və aparılmasıdır. 2006-cı il 01 yanvar tarixdən tətbiq olunan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, əmək pensiyaları fərdi hesaba toplanan pensiya kapitalına əsasən hesablanır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR