Bugünkü hərracda 5 dövlət müəssisəsi özəlləşdirilib

Bugünkü hərracda 5 dövlət müəssisəsi özəlləşdirilib
# 03 aprel 2018 10:54 (UTC +04:00)

Bu gün Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən növbəti hərrac keçirilib.

Komitədən “APA-Economics”ə verilən məlumata görə, budəfəki hərracda 5 kiçik dövlət müəssisəsi, 6 qeyri-yaşayış sahəsi, 1 nəqliyyat vasitəsi özəlləşdirilib. Hərracda özəlləşdirilən kiçik dövlət müəssisələri paytaxtın Qaradağ, Suraxanı rayonlarında, regionlar üzrə isə Ağcabədi, Astara, Salyan bölgələrində yerləşir.

Alıcıların hərraclarda aktivliyi nəticəsində “Tofaş” markalı nəqliyyat vasitəsinin ilkin start qiyməti 1500 manat olsa da 2 300 manata özəlləşdirilib.

Gəncə şəhərinin mərkəzində yerləşən ümumi faydalı sahəsi 200 kvadratmetrdən çox olan qeyri-yaşayış sahəsinin hərracına alıcı onlayn şəkildə qatılıb.

Bundan başqa, Ağcabədidə olan 46 saylı SMD-nin klub binası torpaq sahəsi ilə birgə özəlləşdirilib.

Digər özəlləşdirilən Ağcabədi rayonun Səməd Vurğun küçəsində yerləşən 6 saylı texniki xidmət emalatxanasının ümumi faydalı sahəsi 131,1 kvadratmetr, torpaq sahəsi isə 1143 kvadratmetr təşkil edir.

Qeyri-yaşayış sahəsi üzrə özəlləşən əmlaklardan 2-si Bakının Nizami, Yasamal rayonlarında, digərləri isə Gəncə və Sumqayıt şəhərlərində yerləşir.

Keçirilən hərracların nəticələri ilə tanış olmaq üçün komitənin rəsmi saytı olan emdk.gov.az və privatization.az portalının müvafiq bölməsinə daxil olmaq kifayətdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR