Ötən ay 1541 partlamamış hərbi sursat, 1 tank əleyhinə mina zərərsizləşdirilib

Ötən ay 1541 partlamamış hərbi sursat, 1 tank əleyhinə mina zərərsizləşdirilib
# 03 aprel 2018 10:05 (UTC +04:00)

2018-ci ilin mart ayı ərzində Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) tərəfindən Ağcabədi, Ağdam, Ağstafa, Beyləqan, Cəbrayıl, Goranboy, Xızı, Lənkəran, Tərtər, Yevlax rayonları və Sumqayıt şəhəri ərazisində 4 410 908 m2 (441.09 ha) ərazi yoxlanılıb, 1 541 ədəd partlamamış hərbi sursat (PHS) və 1 ədəd tank əleyhinə mina (cəmi 1 542 ədəd) aşkar edilərək zərərsizləşdirilib.

ANAMA-dan APA-ya verilən məlumata görə, əməliyyatlarda 490 nəfərlik əməliyyat heyəti, 136 nəfərlik inzibati heyət, 6 mexaniki minatəmizləmə maşını və 40 minaaxtaran it iştirak edir.

İndiyədək cəmi 518,051,689 m2 (51,805.17 ha) ərazi təmizlənmiş və 794,151 ədəd mina və partlamamış hərbi sursat (PHS) tapılaraq zərərsizləşdirilib.

Mart ayı ərzində Daxili İşlər Nazirliyinin “102” Xidməti-Zəng Mərkəzindən 12, Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzindən isə 13 müraciət daxil olub.

Müraciətlər əsasında 8,050 m2 ərazi yoxlanılıb, 1 329 ədəd partlamamış hərbi sursat (PHS) və 1 ədəd tank əleyhinə mina (cəmi 1 330 ədəd) aşkar edilərək yerli əhalinin təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə Agentliyin Mərkəzi Məhvetmə ərazisinə daşınaraq zərərsizləşdirilib.

Ötən ay ərzində mina/PHS hadisəsi qeydə alınmayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR