İranda çayxanada baş verən yanğında 11 nəfər ölüb

İranda çayxanada baş verən yanğında 11 nəfər ölüb
# 03 aprel 2018 10:37 (UTC +04:00)

İranın cənub-qərbindəki Xuzestan əyalətində yerləşən Ahvaz şəhərindəki çayxanaların birində yanğın baş verib.

APA-nın “İran Front Page” saytına istinadən verdiyi xəbər görə, yanğında 11 nəfər ölüb, 13 nəfər isə yaralanıb. Yaralılar xəstəxanaya yerləşdirilib.

Hadisə şahidinin dediklərinə görə, çayxananın köhnə işçisi işdən çıxarılmasına etiraz olaraq yanğın törədib. Artıq şübhəli bilinən bir nəfər saxlanılıb.

Hadisənin detalları araşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR