Dirijor Əyyub Quliyev Beynəlxalq Akademik Musiqi Festivalının açılış mərasimində çıxış edib

Dirijor Əyyub Quliyev Beynəlxalq Akademik Musiqi Festivalının açılış mərasimində çıxış edib
# 20 iyul 2015 08:30 (UTC +04:00)

Bakı. Cavid Zeynallı – APA. Rusiyanın V.Safonov adına Dövlət Filarmoniyasında XX Beynəlxalq Akademik Musiqi Festivalının açılış mərasimi keçirilib. APA-nın məlumatına görə, V. Safonov adına Şimali Qafqaz Filarmoniyasının 120-lik və P.Çaykovskinin 175-lik yubileyinə həsr olunmuş festival çərçivəsində Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının dirijoru Əyyub Quliyevin rəhbərliyi ilə P.Çaykovskinin “Manfred” simfoniyası, violonçel və orkestr üçün “Rokoko” variasiyaları, “Yevgeni Onegin” operasından fraqmentlər, soprano və orkestr üçün romansları səslənib.

Konsertin proqramında Sankt-Peterburq “Musiqi Evi”nin prezidenti, Rusiyanın xalq artisti Sergey Roldugin (violonçel) və Rusiyanın əməkdar artisti, Marinski Teatrının solisti Yelena Mirtova (soprano) iştirak edib.

Festivalın növbəti günü italyan bəstəkarı Coakkino Rossininin “Sevilya bərbəri” operasının yeni quruluşda premyerası keçirilib. Operaya dirijorluq edən Ə. Quliyevlə bərabər tamaşada Rusiyanın məşhur opera müğənniləri – “Gelikon Opera”nın solistləri Dmitriy Ovçinnikov (Bartolo), Dmitriy Drunov (Qraf Almaviva), Sergey Maydanov (Fiqaro), Yelena Filimonova (Rozina), Mixail Xojigirov (Don Bazilio) və Eleonora Kiprenskaya (Berta) çıxış ediblər.

Qeyd edək ki, Ə. Quliyev Rusiya Akademik Simfonik Orkestrinin baş dəvətli dirijoru kimi 2013-cü ildən fəaliyyət göstərir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR