İyulda əhalinin əmanətləri azalıb

İyulda əhalinin əmanətləri azalıb
# 07 sentyabr 2017 12:38 (UTC +04:00)

Bu ilin avqust ayının 1-nə banklarda yerləşdirilən depozitlərin məbləği 16 mlrd. 465,6 mln. manat təşkil edib.

"APA-Economics" xəbər verir ki, bu barədə Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) açıqladığı statistikada deyilir. Hesabatdan məlum olur ki, iyulda ayında ölkədə fəaliyyət göstərən banklarda yerləşdirilən depozitlərin məbləği azalıb. Belə ki, iyun ayı ilə müqayisədə iyulda banklardakı depozitlərin məbləği 221,6 mln. manat və ya 1,33% azalıb.

İyun ayı ilə müqayisədə iyulda əhalinin banklardakı əmanətlərinin həcmi 46,6 mln. manat və ya 0,68% azalıb. Avqust ayının 1-nə olan məlumata görə, əhalinin banklardakı əmanətlərinin həcmi 6 mlrd. 834,1 mln. manat təşkil edir.

Ümumiyyətlə, bu ilin əvvəlindən əhalinin əmanətləri 598 mln. manat və ya 8,05% azalıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR