Sevinc Vaqifqızı ilə "Ana xəbər" bloku – 29 İyun

Sevinc Vaqifqızı ilə "Ana xəbər" bloku – 29 İyun
# 29 iyun 2015 17:11 (UTC +04:00)
GÜNÜN ŞƏRHİ

Əvvəl və sonra... Bu iki söz tarixdə ayırıcı xətləri ifadə edir... Soyuq müharibədən əvvəl, soyuq müharibədən sonra, 11 sentyabr hadisələrindən əvvəl, 11 sentyabr hadisələrindən sonra... Tarixdə yalnız ən önəmli hadisələr yeni mərhələnin əsasını qoyur. Dünya siyasəti və qlobal təhlükəsizlik sistemi belə bir hadisənin bir addımlığındadır. İranın nüvə proqramına dair “altılıq” ölkələri ilə saziş imzalansa, dünyada çox şey əvvəlki tək olmayacaq. Uzun illər öyrəşdiyimiz qüvvələr balansı dəyişəcək, regional güclərin statusları azalıb-artacaq, balansı qorumaq üçün yeni müttəfiq axtarışları başlayacaq. İyunun 30-dan sonra köhnə dostların düşmən, köhnə düşmənlərin dost olması kimsəni təəccübləndirməsin. Siyasət daim dinamik hərəkətdə olan prosesdir, maşın həmişə bir istiqamətdə gedə bilmədiyi kimi, siyasətin yönü də həmişə bir istiqamətdə olmur. Dövlətləri, özəlliklə Yaxın Şərq regionu ilə bağlılığı olan ölkələri narahat edən məqam da budur – əksəriyyət mövcud status-kvonun dəyişməsini istəmir, amma qüvvələr balansını hələ bir neçə il də bu vəziyyətdə saxlamaq çətindir. Əslində Yaxın Şərqin yenidən qaynar qazana dönməsi supergüclərin status-kvonu saxlamaq cəhdlərinin nəticəsi idi. İranla nüvə sazişinə dair razılaşma bir neçə il əvvəl imzalansaydı, indi Yaxın Şərqdə, həm də bütün dünyada tam fərqli proseslər cərəyan edəcəkdi... Sabah imzalanacaq sazişdən sonra nə cərəyan edəcəyini isə təkrarlamaq artıqdır. Hər şey dəyişəcək...
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR