Bakı-Quba yolunda dəyişiklik edilib

Bakı-Quba yolunda dəyişiklik edilib
# 30 noyabr 2017 11:40 (UTC +04:00)

Bakı-Quba-Rusiya ilə dövlət sərhədi avtomobil yolunun Ceyranbatan qəsəbəsindən keçən hissəsində nəqliyyat vasitələrinin rahat və təhlükəsiz şəkildə geri dönməsini təmin etmək məqsədi ilə yeri geri dönmə hissə yaradılıb.

“Azəravtoyol” ASC-dən “APA-Economics”ə verilən məlumata görə, geri dönmə hissəsi Ceyranbatan qəsəbəsindən çıxan və Sumqayıt şəhəri, həmçinin şimal istiqamətində gedən sürücülərin rahatlığı üçün yaradılıb.

"Yeni geri dönmə hissəsinin eni 30 metr, uzunluğu isə 70 metrdir. Sözügedən hissədə zəruri yol nişanları qoyulub, yolun xətlənməsi işləri aparılıb. Geri dönmə hissəsində 375 kvadratmetr təhlükəsizlik adacığı qurulub. Yeni geri dönmə səbəbindən yolun həmin ərazisində hər bir istiqamət üzrə genişləndirmə işləri aparılıb. Müvafiq olaraq 200 və 500 metr uzunluğunda, 4,5 metr enində yol genişləndirilib”, - deyə məlumatda bildirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR