Aİ sammiti Rusiya ilə bağlı qərar qəbul etməyəcək

Aİ sammiti Rusiya ilə bağlı qərar qəbul etməyəcək
# 18 oktyabr 2016 21:49 (UTC +04:00)

Bakı-APA. 20-21 oktyabr tarixlərində Brüsseldə keçiriləcək Avropa İttifaqı sammitində Aİ-RF münasibətlərinin hərtərəfli müzakirə ediləcəyinə baxmayaraq, Rusiyaya dair heç bir qərar qəbul olunmayacaq.

APA-nın “TASS”a istinadən verdiyi xəbərə görə, bunu Brüsseldə jurnalistlərə Aİ-nin yüksək vəzifəli nümayəndəsi bildirib.

“Bir şey tam bəllidir – heç bir qərar gözlənilmir. Bizə səmimi, dürüst diskussiya gərəkdir”, - deyə o bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR