“Qarabağ” heyətinə yeni futbolçu qatıb

“Qarabağ” heyətinə yeni futbolçu qatıb
# 23 iyul 2018 22:06 (UTC +04:00)

“Qarabağ” heyətinə yeni oyunçu cəlb edib. Apasport.az saytının məlumatına görə, ağdamlılar hücum xəttini gücləndirib.

Belə ki, komanda İnnosent Emeqara ilə anlaşıb. Daha əvvəl də “Qarabağ”da oynamış isveçrəli hücumçunun keçidinin yaxın günlərdə rəsmən açıqlanacağı gözlənilir.

2014/15 mövsümündə qısa müddət Azərbaycan çempionunun heyətində çıxış etmiş Emeqara meydana çıxdığı 7 oyunda 4 qol vurmuşdu.

Qeyd edək ki, onun son klubu Kipr təmsilçisi “Ermis” olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR