Təkrar və korprativ istiqraz bazarında SOCAR istiqrazları ilə əməliyyatların həcmi 140 mln. dollara çatıb

Təkrar və korprativ istiqraz bazarında SOCAR istiqrazları ilə əməliyyatların həcmi 140  mln. dollara çatıb
# 05 may 2018 09:34 (UTC +04:00)

“Azərbaycanın maliyyə bazarlarında çox gözəl işlər görülüb”.

APA-Economics”in məlumatına görə, bunu SOCAR rəsmisi Tolga Kotan bu gün Bakıda “Rəqəmsal Biznes Trendləri” devizi ilə keçirilən II Maliyyə və İnvestisiya Forumunda (FIF2018) deyib .

Onun sözlərinə görə, bu gün Azərbaycan dünya bazarlarına çox yaxşı məhsullar çıxarır: "Ancaq təbii ki, bu, azdır və bu işlər görüldükcə, anlayısan ki, hələ xeyli işlər görülməlidir".

O, SOCAR istiqrazlarından da danışıb. T.Kotan bildirib ki, SOCAR istiqrazlarını xalqa və ictimaiyyətə təqdim etmək üçün xeyli işlər görülüb: "Bunun üçün Milli Depozit Mərkəzi ilə əməkdaşlıq edilir. Bu istiqrazların xalqa və ictimaiyyətə daha asan yolla əlçatan olması üçün ASAN Xidmətlə müqavilə imzalanıb. ASAN Xidmət xalqın etibarını və inamını qazanmış qurumdur. SOCAR istiqrazları oktyabr ayında satışa çıxarılıb və nominal dəyəri 1000 ABŞ dollarıdır. Vətəndaş istədiyi zaman onu alıb-sata bilər. Türkiyənin özündə hər gün istiqrazı dəyişə biləcək qurum yoxdur. Ancaq SOCAR bunu vətəndaşı üçün edib. SOCAR vətəndaşına hər 3 ayda istiqraz faizini əldə etmək imkanı yaradıb”.

O bildirib ki, bu gün təkrar və korprativ istiqraz bazarında SOCAR istiqrazlarıilə əməliyyatların həcmi 140 milyon dollar olub: “SOCAR istiqrazları ilə REPO əməliyyatları illik 3,5%-4,5%-dir. 2018-ci ildə dəki REPO əməliyyatlarında SOCAR İstiqrazlarının həcmi 19%-dir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR