Bu ilin 6 ayında sığorta daxilolmaları 276 mln. manata çatıb

Bu ilin 6 ayında sığorta daxilolmaları 276 mln. manata çatıb
# 07 avqust 2017 09:40 (UTC +04:00)

2017-ci ilin yanvar-iyun ayı ərzində sığorta şirkətləri tərəfindən 276 mln. 158 min manatdan çox sığorta haqqı toplanıb.

Maliyyə Bazarlarına Nəzarət Palatasından “APA-Economics”ə verilən məlumata görə, həmin dövr ərzində sığorta şirkətləri tərəfindən həyata keçirilən ödənişlərin həcmi isə 124 mln. 410 min manat təşkil edib.

Cari ilin ilk yarısı ərzində sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqının 45 manatı ödəniş edilib. Qeyd edək ki, 2016-cı ilin müvafiq dövründə bu göstərici 35 manat olub.

Könüllü sığorta bazarı üzrə haqlar ötən ilin müvafiq dövrü ilə müqayisədə 16 mln. 666 min manat artaraq 193 mln. 802 min manat təşkil edib. Bu sığorta növləri üzrə ödənişlər isə 23 mln. 427 min artaraq 98 mln. 573 min manata yüksəlib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR