Lənkəran-Lerik yolunda sürüşmə aktivləşib

Lənkəran-Lerik yolunda sürüşmə aktivləşib
# 06 mart 2017 13:06 (UTC +04:00)

Lənkəran-Lerik yolunda sürüşmənin aktivləşməsi nəticəsində gediş-gəliş çətinləşib.

APA-nın cənub bürosunun verdiyi məlumata görə, qarın sürətlə əriməsi sürüşməyə meylli olan ərazilərdə hərəkətin çətinləşməsinə səbəb olub. Sözügedən yolun

17-19, 23, 29-30, 34, 40-52-ci kilometrliyindəki köhnə sürüşmə sahələri yenidən aktivləşib. Lerik 52 saylı Yol istismar idarəsinin rəisi Elxan Əliyevin verdiyi məlumata görə, sürüşmə səbəbindən yola torpaq kütləsi, qaya və dağ parçaları tökülür.

Bu səbəbdən qurum gücləndirilmiş iş rejimində çalışır. Yolda nəqliyyatın hərəkətini təmin etmək məqsədilə gün boyu ərazidə ağır texnikalar və işçi qüvvəsi çalışır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR