Brett Makqurk: “ABŞ və Rusiya arasında Suriyanın cənub-qərbində atəşkəsə dair razılığa əməl olunur”

Brett Makqurk: “ABŞ və Rusiya arasında Suriyanın cənub-qərbində atəşkəsə dair razılığa əməl olunur”
# 04 avqust 2017 22:51 (UTC +04:00)

İyulun 7-də Hamburqda Donald Tramp və Vladimir Putinin təsdiqlədikləri ABŞ və Rusiya arasında Suriyanın cənub-qərbində atəşkəsə dair razılığa əməl olunur.

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bunu ABŞ Dövlət Departamentinin nümayəndəsi, ABŞ prezidentinin İŞİD terror qruplaşması ilə mübarizə üzrə xüsusi nümayəndəsi Brett Makqurk bəyan edib.

“Atəşkəs rejiminin qüvvəyə minməsindən üç həftə ötüb və nəticələr ümidvericidir. Hərbi əməliyyatlar mühüm dərəcədə azalıb. İki ölkə arasında vəziyyətin sabitləşdirilməsi üzrə məlumat kanalı çox yaxşı işləyir. Hərbi mütəxəssislərimiz hər gün rusiyalı həmkarları ilə təmasdadırlar. ABŞ Rusiya ilə Suriyada yeni təhlükəsizlik zonaların yaradılmasına dair müzakirələr aparmağa hazırdır”, deyə B.Makqurk bildirib.

Qeyd edək ki, ABŞ və Rusiyanın razılığı əsasında Suriyanın cənub-qərbində atəşkəs iyulun 9-dan qüvvəyə minib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR