Azərbaycanın İtaliyadakı Dostları Assosiyasiyasının rəhbərliyi Sülh Platformasına qoşulub

Azərbaycanın İtaliyadakı Dostları Assosiyasiyasının rəhbərliyi Sülh Platformasına qoşulub
# 09 fevral 2017 14:26 (UTC +04:00)

“Azərbaycanın Orta Cənub İtaliyadakı Dostları Assosiyasiyası”nın prezidenti Domenico Letizia, vitse-prezidenti Fabrizio Colamonici və təşkilatın katibi Giuseppe Ferraro Ermənistan-Azərbaycan Sülh Platformasına qoşulublar.

Ermənistan-Azərbaycan Sülh Platformasının mətbuat xidmətindən APA-ya verilən məlumata görə, bununla əlaqədar olaraq onlar bəyanat yayıblar:

“Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinin vacib olduğunu, həmçinin hər iki dövlətin ərazi bütövlüyü və suverenliyinə, beynəlxalq səviyyədə tanınmış sərhədlərinə hörmət bəslədiyimizi bildiririk. “BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi müvafiq qətnamələrin, ATƏT Minsk qrupunun münaqişənin sülh yolu ilə həlli istiqamətində fəaliyyətinin vacibliyini anlayaraq bu fəaliyyəti dəstəkləyirik. Təəssüflə qeyd edirik ki, Erməni və Azərbaycan xalqlarının birgə yaşayışla əlaqədar iki ölkədə yetişməkdə olan nəsillərin bir-biri haqqında təsəvvürləri yalnız müharibə kontekstində formalaşıb. Xalqların sülh şəkildə birgə yaşayışını və uzun müddət davam edən münaqişənin həllini dəstəkləyərək, üzv olduğumuz təşkilat adından biz, əsas məqsədi Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllinə töhfə vermək olan Ermənistan-Azərbaycan Sülh Platformasına qoşulduğumuzu bəyan edirik”.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR