Gəncədə iki avtomobil toqquşub, xəsarət alan var

Gəncədə iki avtomobil toqquşub, xəsarət alan var
# 09 aprel 2018 21:18 (UTC +04:00)

Gəncədə xəsarətlə nəticələnən yol nəqliyyat qəzası baş verib.

APA-nın qərb bürosunun verdiyi məlumata görə hadisə Şah İsmayıl Xətai prospekti ilə Dədə Qorqud küçəsinin kəsişməsində qeydə alınıb.

“Mercedes” və “Hyundai” markalı avtomobillərin toqquşması nəticəsində bir nəfər, Samux rayon sakini 1966-cı il təvəllüdlü Musa Ömərov xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Ona tibbi yardım göstərilib, vəziyyətinin normal olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR