Ötən il ölkədə 1886 km yeni qaz kəməri quraşdırılıb

Ötən il ölkədə 1886 km yeni qaz kəməri quraşdırılıb
# 23 yanvar 2018 09:12 (UTC +04:00)

"Ölkənin bütün regionlarının qazlaşdırılması, əvvəllər qazla təmin olunmuş, lakin sonradan qaz təchizatı dayandırılmış bölgələrin qaz təchizatının bərpası, yeni yaşayış məntəqələrinə və yaşayış massivlərinə təbii qazın verilməsi və nəticə etibarı ilə regionların sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair proqramın icrası da ötən il ən vacib məsələlərdən biri olub".

APA-Economics”in məlumatına görə, bunu “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Əkbər Hacıyev Yeni Azərbaycan Partiyasının rəsmi saytına müsahibəsində bildirib.

Onun sözlərinə görə, 2017-ci il ərzində də əhalinin və digər istehlakçıların normal və təhlükəsiz qaz təchizatının təmin olunması, yaşayış məntəqələrinin qazlaşdırılması və qaz təminatının bərpası, qaz təchizatı şəbəkəsinin əsaslı təmiri kimi məsələlərə xüsusi diqqət yetirilib: “İlk növbədə qazlaşdırma və qaz təminatının bərpası işləri genişmiqyaslı xarakter alıb və ölkənin bütün bölgələrini əhatə edib. Yeni qazlaşdırma və qaz təminatının bərpası istiqamətində işlərin nəticəsi olaraq, ötən il ərzində Ağcabədi rayonu 78,1 km, Bərdə rayonu 103,5 km, Beyləqan rayonu 101,9 km, Biləsuvar rayonu 259,47 km, Göyçay rayonu 118,49 km, Göygöl rayonu 144,22 km, Kürdəmir rayonu 43,58 km, Lerik rayonu 44,02 km, Masallı rayonu 110,32 km, Quba rayonu 42,02 km, Saatlı rayonu 158,85 km, Sabirabad rayonu 68,55 km, Şəki rayonu 80,5 km, Ucar rayonu 155,96 km, Xaçmaz rayonu 213,03 km və s. uzunluğunda müxtəlif diametrli polietilen və metal borularla daşıyıcı və kənddaxili qaz xətləri çəkilib”.

Ə. Hacıyev bildirib ki, istehlakçıların qaz təchizatının yaxşılaşdırılması, şəbəkənin qaz nəqletmə imkanlarının artırılması və yaşayış məntəqələrinin qazlaşdırılması üçün birlik tərəfindən 2017-ci il ərzində 1886 km yeni qaz kəməri quraşdırılıb, qaz kəmərləri şəbəkəsinin təhlükəsiz və normal rejimdə istismarının təmin olunması üçün isə 221 km qaz kəməri əsaslı təmir olunub: “Aparılan tikinti-quraşdırma işləri nəticəsində Goranboy, Ağcabədi, Ağstafa, Bərdə, Şəki, Ucar, Quba, Qusar, Xaçmaz, Şamaxı, Oğuz, İmişli, Beyləqan, Saatlı, Sabirabad, Lerik, Biləsuvar, Cəlilabad, Masallı və Astara rayonları üzrə 56 yaşayış məntəqəsi qazlaşdırılaraq təbii qazla təmin edilib”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR