Abşeron və Bakıda yaşayış binasında yanğın olub

Abşeron və Bakıda yaşayış binasında yanğın olub
# 24 fevral 2017 00:57 (UTC +04:00)

Abşeron və Bakıda yanğın hadisəsi qeydə alınıb. APA-nın FHN-nin saytına istinadən verdiyi xəbərə görə, Abşeron rayonu, Xırdalan şəhərində beşmərtəbəli binanın 2-ci mərtəbəsinin pilləkən qəfəsində quraşdırılmış 10 ədəd elektrik sayğacı və 10 p.m elektrik naqili yanıb. Mənzillər yanğından mühafizə olunub.

Bakı şəhəri, Suraxanı rayonunda çoxmərtəbəli binanın 2-ci mərtəbəsinin pilləkən qəfəsində quraşdırılmış 9 ədəd elektrik sayğacı yanıb. Yanğın zamanı 5 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təxliyə edilib. Mənzillər yanğından mühafizə olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR