Sent-Luisdə polis əməkdaşları qaradərili şəxsi öldürüb

Sent-Luisdə polis əməkdaşları qaradərili şəxsi öldürüb
# 20 avqust 2015 03:33 (UTC +04:00)

Bakı-APA. ABŞ-ın Missuri ştatının Sent-Luis şəhərində polis əməkdaşları tapança ilə onları hədələyən qaradərili şəxsi öldürüb. APA-nın “RBK”ya istinadən verdiyi xəbərə görə, bu barədə “St. Louis Post Dispatch” nəşri məlumat yayıb.

Məlumata görə, insident Uolton Avenyu-da yerləşən evlərin birində baş verib. Belə ki, polis əməkdaşları order əsasında baxış keçirmək üçün ünvana gəldikdə, evi tərk edən iki şəxsdən biri tapançanı asayiş keşikçilərinə tuşlayıb. Xidməti silahdan istifadə etmək məcburiyyətində qalan polis əməkdaşları silahlı şəxsi güllələyib, ikinci şəxs isə qaçmağa müvəffəq olub.

Öldürülən şəxsin kimliyi hələlik müəyyən edilməyib. Onun təxminən 20 yaşlı qaradərili gənc olduğu bildirilir.

Məlumata görə, silahlı şəxsə iki polis tərəfindən atəş açılıb.

Hadisə yerinə 100-dən çox sakin toplaşıb. Etirazçılar polis əməkdaşlarına su qabları atıb, qarşıdurma zamanı azı 3 nəfər saxlanılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR