Devid Kemeron miqrantların iğtişaşları səbəbindən Asiyaya səfərini dayandırıb

Devid Kemeron miqrantların iğtişaşları səbəbindən Asiyaya səfərini dayandırıb
# 01 avqust 2015 21:20 (UTC +04:00)

Bakı-APA. La-Manş boğazının altından keçən tunelin girişinin miqrantlar tərəfindən bağlanması səbəbindən Böyük Britaniyanın magistral yollarında 4500-dən çox yük maşınından ibarət tıxac yaranıb. Məlumata görə, tunelin əks tərəfində də eyni sayda yük maşınlarının toplandığı bildirilir. APA-nın “Gazeta.ru”ya istinadən verdiyi xəbərə görə, bu barədə The New York Times məlumat yayıb.

Məlumata görə, Böyük Britaniya hakimiyyəti yaranmış vəziyyətdən çıxış yolları tapmağa çalışır.

Məsələ ilə bağlı təcili toplantı keçirmək məqsədi ilə Böyük Britaniyanın baş naziri Devid Kemeron Asiyaya səfərini dayandırıb.

“Eurostar” şirkəti fəhlələrin tətili səbəbindən La-Manş boğazının altından keçən tunellə hərəkəti dayandırmalı olub. Etiraz edən fəhlələr Kale limanını bloklaşdıraraq yollarda yanğınlar törədiblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR