"SmileCard" istifadəçiləri "Park Cinema"da endirim əldə etmək imkanı qazanıb

"SmileCard" istifadəçiləri "Park Cinema"da endirim əldə etmək imkanı qazanıb
# 10 iyul 2015 11:37 (UTC +04:00)

Bakı - APA-Economics. "Expressbank"ın "SmileCard" taksit kartı ilə "Park Cinema" kinoteatrlar şəbəkəsində (Park Bulvar, Metro Park, Flame Towers və Zaqulba) pop-corn və sərinləşdirici içkini 2 manata əldə etmək mümkündür.

Bankdan "APA-Economics"ə verilən məlumata görə, bundan başqa, xərclənən məbləği 6%-i karta geri qayıdacaq.

"SmileCard" ilə tərəfdaşlıq edən ticarət / xidmət mərkəzlərində bonuslar, endirimlər və digər imkanlar əldə etmək mümkündür.

Tərəfdaşların yenilənmiş siyahısı ilə saytda tanış ola bilərsiniz - http://www.expressbank.az/domains/express/assets/file/Terefdash_09.07.2015.pdf.

Müştərilər gəlirləri təsdiq edən sənəd əsasında verilən kartı "Expressbank" filiallarında dərhal əldə edə bilərlər. “Gülə-gülə xərcləyib, xırda-xırda ödəyin” sloqanı ilə bazara təqdim edilən kredit kartının şərtlərinə görə, müştəri kartdan istifadə etdiyi zaman (pulu nağdlaşdırarkən, İnternetdə onlayn alış-veriş edərkən, nağdsız ödəniş həyata keçirərkən) xərclənən məbləğ avtomatik olaraq 6 və ya 12 aya bölünür. Qeyd edək ki, ay ərzində ödənilən məbləğ kartda bərpa olunur və təkrar istifadə oluna bilər. SMS məlumatlandırma xidməti pulsuzdur.

"Expressbank"ın xidmət şəbəkəsi 18 filialdan ibarətdir. Onlardan 12-si Bakı və Sumqayıt şəhərlərində, 6-sı isə ölkənin Gəncə, Mingəçevir, Bərdə, Qusar, Xaçmaz və Şirvan şəhərlərində yerləşir. Bankın ölkə üzrə 90-dək bankomat, 7000-dək POS-terminal və 250-dək "ExpressPay" ödəniş terminalı vardır.

Bank xidmətləri barədə ətraflı məlumat üçün 132 Məlumat Mərkəzinə zəng edə, www.expressbank.az saytına və ya bankın rəsmi facebook səhifəsinə www.facebook.com/Expressbank daxil ola bilərsiniz.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR