Bakıda intihara cəhdin qarşısı alınıb

Bakıda intihara cəhdin qarşısı alınıb
# 12 iyun 2015 23:06 (UTC +04:00)

Bakı-APA. Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Nəsimi rayonunda 1 nəfərin intihar məqsədilə çoxmərtəbəli yaşayış binasının damına çıxması barədə məlumat daxil olub.

APA-nın FHN-nin saytına istinadən verdiyi xəbərə görə, dərhal nazirliyin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub.

Xilasedicilər tərəfindən vətəndaşla psixoloji söhbət aparılıb, nəticədə intihara cəhdin qarşısı alınıb. İntihara cəhd edən şəxs aidiyyəti üzrə təhvil verilib. Əməliyyat saat 23:41-də başa çatıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR