ABŞ şirkəti TANAP layihəsi üçün turbo qaz kompressorları tədarük edəcək

ABŞ şirkəti TANAP layihəsi üçün turbo qaz kompressorları tədarük edəcək
# 20 iyul 2015 09:49 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. ABŞ-ın tanınmış “General Electric Oil and Gas” şirkəti (GE Oil&Gas) Trans-Anadolu Təbii Qaz Boru Xətti (TANAP) layihəsinin birinci mərhələsi üçün müasir standartlara uyğun turbo qaz kompressorları tədarük edəcək.

APA-Economics”in Türkiyənin “gedik.com” saytına istinadən verdiyi xəbərə görə, "GE Oil&Gas"ın hazırlayacağı kompressorlar daha yüksək təzyiqə davamlılığı və ən aşağı emissiya səviyyəsi baxımından fərqləndiyindən, TANAP üçün ən uyğun namizəd hesab edilib.

Boru xəttinin "ürəyi" hesab edilən aeroderivativ qaz turbinləri üzrə bağlanmış bir neçə milyon dollarlıq müqaviləyə əsasən məhsullar İtaliyanın Florensiya şəhərində yığılacaq, test edilərək 2017-ci ildə layihə tərəfdaşlarına təhvil veriləcək.

TANAP layihəsinin birinci mərhələsi 2018-ci ilin birinci yarısında gerçəkləşdiriləcək.

Qeyd edək ki, "GE Oil&Gas" şirkəti Türkiyənin 4 şəhərində təbii qazdan alınan enerjinin 50%-dən çoxunu istehsal edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR