Bakı. Hafiz Heydərov – APA. Yardımlıda meşə zolağında yanğını baş verib.
APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, hadisə rayonun Gendərə kəndində (rayon mərkəzindən 40 km aralı) qeydə alınıb.
Vətəndaşa məxsus ərazidə 3 ha sahədə meşə zolagı yanıb. Meşə zolağının qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.