Elçin Quliyev Kazandakı görüşlərində sərhədyanı rayonlarda terror aktlarının törədilməsi cəhdləri ilə bağlı müzakirələr aparılıb

Elçin Quliyev Kazandakı görüşlərində sərhədyanı rayonlarda terror aktlarının törədilməsi cəhdləri ilə bağlı müzakirələr aparılıb
# 24 avqust 2015 11:50 (UTC +04:00)

Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən APA-ya verilən məlumata görə, tədbir çərçivəsində keçirilmiş görüşlərdə nümayəndə heyətləri arasında Azərbaycan – Rusiya sərhədində, dövlət sərhədindən buraxılış məntəqələrində, o cümlədən Xəzər dənizində vəziyyət barədə fikir mübadiləsi aparılıb, sərhəd təhlükəsizliyinə qarşı təhdidlərlə mübarizə sahəsində qarşılıqlı əlaqənin inkişaf etdirilməsi, əməkdaşlığın əsasını təşkil edən normativ hüquqi bazanın təkmilləşdirilməsi, təcrübə mübadiləsinin davam etdirilməsi, habelə gələcək illər üçün fəaliyyət istiqamətlərinin müəyyən edilməsi kimi məsələlər müzakirə edilib.

Görüşlər zamanı ikitərəfli əməkdaşlığın inkişafı müsbət qiymətləndirilib, Azərbaycan və Rusiya sərhəd xidmətləri arasında əldə olunan qarşılıqlı əlaqənin səviyyəsinin dövlət sərhədində qanunsuz fəaliyyətinin qarşısının alınması üzrə məsələlərin birgə həll edilməsinə töhfə verdiyi vurğulanıb.

Tərəflər sərhəd təhlükəsizliyinə qarşı təhdidlərin xarakterini müzakirə etmiş və dövlət sərhədində şəraitə təsir göstərən əsas faktorlar kimi sərhədyanı rayonlarda terror aktlarının törədilməsi cəhdlərini, qaçaqmalçılıq fəaliyyəti, narkotik vasitələrin, silah və sursatın dövlət sərhədindən qanunsuz daşınması, habelə qeyri-leqal miqrasiya ilə əlaqəli olan mütəşəkkil dəstələrin və ayrı-ayrı şəxslərin qanunsuz fəaliyyətini qeyd ediblər. Səfər çərçivəsində Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin və Rusiya Federasiyasının Federal Təhlükəsizlik Xidmətinin nümayəndə heyətlərinin işçi görüşünün Protokolu imzalanıb.

Avqust ayının 21-də tədbir iştirakçıları Tatarıstan Respublikasının Prezidenti Rustam Minnixanov tərəfindən qəbul edilib.

Səfər çərçivəsində Azərbaycan nümayəndə heyəti Zelenodolsk şəhərində yerləşən gəmiqayırma zavodu, habelə Kazan və Bulqar şəhərlərinin mədəni-tarixi abidələri ilə tanış olublar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR