Şirvanda iki nəfər bir-birini bıçaqlayıb

Şirvanda iki nəfər bir-birini bıçaqlayıb
# 24 avqust 2015 10:57 (UTC +04:00)

Bakı. Fuad Cəfərov – APA. Şirvan şəhərində bıçaqlanma hadisəsi baş verib.

APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, avqustun 24-də Şirvan şəhərində şəhər sakini Kamran Heydərov və Sabirabad rayon sakini Rövşən Salavyov münaqişə zəminində bir-birlərinə bıçaqla xəsarət yetiriblər. Onlar xəstəxanaya yerləşdirilib.

Şirvan Şəhər Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR