Bakıda ərəb ər-arvad yol qəzasında ölüb

Bakıda ərəb ər-arvad yol qəzasında ölüb
# 07 noyabr 2016 09:04 (UTC +04:00)

Bakıda baş verən yol-nəqliyyat hadisəsində ərəb turistlər ölüb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, noyabrın 5-də Qaradağ rayonunun Ələt qəsəbəsində Şirvan şəhər sakini Rasim Abıyevin idarə etdiyi "Mercedes" və Sumqayıt şəhər sakini Elçin Məmmədovun idarə etdiyi "Nissan" markalı avtomobillər toqquşub. Nəticədə E.Məmmədovun sərnişinlərindən - Birləşmiş Ərəb Əmirliklərinin vətəndaşları Suhail Saeed Almeqbaali və Lamees Ziyad Mahmoud Jbareh hadisə yerində ölüb, özü və digər 1 sərnişini, habelə R.Abıyevin 1 sərnişini xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Qeyd edək ki, qəzada ölən şəxslər ər-arvad olub. Onlar Qaradağ rayonu ərazisindəki palçıq vulkanlarını izləməyə gedirmiş.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR