Polis mayoru keçmiş həyat yoldaşının qətlinə görə özünü təqsirli bilməyib

Polis mayoru keçmiş həyat yoldaşının qətlinə görə özünü təqsirli bilməyib
# 24 yanvar 2017 13:14 (UTC +04:00)

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində keçmiş həyat yoldaşını qətlə yetirən polis mayoru Samir Əliyevin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası davam etdirilib.

APA-nın xəbərinə görə, hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə S. Əliyevin müdafiəsinə daha bir vəkil - Elnur Quliyevin qoşulduğu elan edilib. Təqsirləndirilən şəxsin hüquqlarını müdafiə edən vəkil Nizami Abbasov S. Əliyev barəsində cinayət işinə xitam verilməsi və həbs-qətimkan tədbirinin ləğv olunması ilə bağlı ilə bağlı vəsatət qaldırıb.

Təqsirləndirilən S. Əliyev keçmiş həyat yoldaşını qətlə yetirmədiyini deyərək, qeyd edib ki, ibtidai istintaq qərəzli aparılıb.

Sonra dövlət ittihamçısı çıxış edərək, verilən vəsatətlərin təmin olunmamasını istəyib. Bununla yanaşı, o, məhkəmə ailə sirləri araşdırıldığına görə, məhkəmə baxışının qapalı keçirilməsi haqqında vəsatət qaldırıb.

Hakimlər Kollegiyası müşavirəyə gedib. Müşavirədən sonra qərar açıqlanıb. Qərara əsasən, müdafiə tərəfinin vəsatətləri təmin edilməyib.

Cinayət işi məhkəmə baxışına verilib və prosesin qapalı keçirilməsi ilə bağlı vəsatət təmin edilib.

Məhkəmə baxışı fevralın 7-nə təyin edilib.

İttihama görə, S. Əliyev keçmiş həyat yoldaşı olan əmisi qızı Natəvan Əliyevanı qətlə yetirdikdən sonra yandırıb. N. Əliyevanın yanmış meyiti 2015-ci il iyulun 6-da Bakı-Quba yolunun 55-ci kilometrliyində tapılıb.

N.Əliyeva Bakıda fəaliyyət göstərən xəstəxanaların birində həkim işləyib.

S. Əliyev isə Şabran rayon Polis Şöbəsinin əməkdaşı, polis mayoru olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR