Parisdə “Normand dördlüyü” liderlərinin 3 ildən sonra görüşü keçiriləcək

Parisdə “Normand dördlüyü” liderlərinin 3 ildən sonra görüşü keçiriləcək
# 09 dekabr 2019 11:05 (UTC +04:00)

Bu gün uzun fasilədən sonra “Normand dördlüyü” (Almaniya, Rusiya, Ukrayna, Fransa) liderlərinin növbəti sammiti baş tutacaq.

APA-nın TASS-a istinadən verdiyi xəbərə görə, sammit Fransanın paytaxtı Paris şəhərində keçiriləcək.

Qeyd edək ki, “Normand dördlüyü” formatı Donbas münaqişəsindən sonra yaradılıb. “Normand dördlüyü” liderlərinin sonuncu sammiti 2016-cı ilin oktyabrında Almaniyanın paytaxtı Berlin şəhərində baş tutub, görüş nəticəsiz qalıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR